https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
search
29 Mart 2024

"Yuxuda görmüşəm ki, qələbəylə qayıdırıq"

"Yuxuda görmüşəm ki, qələbəylə qayıdırıq"

“Yuxuda görmüşəm ki, qələbəylə qayıdırıq. İnşallah, belə də olar”.

Qol.Az-ın xəbərinə görə, bu sözləri “Neftçi”nin prezidenti Sadıq Sadıqov bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Sloveniyada “Koper”ə qarşı keçiriləcək oyunla bağlı “Futbol +” qəzetinə müsahibəsində deyib.

Bu komandaların Bakıdakı ilk görüşündə Azərbaycan təmsilçisi 1:2 hesabı ilə uduzub.

S.Sadıqovun fikrincə, komandası cavab qarşılaşmasında qələbə qazanacaq: “2:0 hesabı ilə qalib gələcəyimizi düşünürəm”.

“Neftçi”nin prezidenti klubun sabiq-vitse prezidenti Tahir Süleymanovun komanda mərhələ adlamayacağı halda bütün heyətin göndərilməsinin vacibliyi haqda fikrinə də münasibət bildirib: “Onun bu fikriylə razı deyiləm. Elə Süleymanovun imzasıyla 23-25 futbolçu ilə müqavilə bağlamışıq. Yeni transferlərimiz, legionerlərimizlə 1-2 illik müqaviləmiz var. Onları necə qova bilərik? Kimisə göndərməyə, təzminat ödəməyə halımız yoxdur. Getməli olan əsas şəxs işini bilir. Mərhələ keçilməsə, baş məşqçi elə Sloveniyada istefa verəcək, mən də qəbul edəcəm. Bakıya dönməyi də gözləməyəcəm. Komandaya üç cavabdeh şəxs var. Mən, Tahir və Böyükağa. Tahir getdi, Böyükağayla mən qalmışam. Görək, nə olur”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.