|
|
|
|
Azərbaycan-Ermənistan sərhədində və cəbhə xəttində silah səsləri susmaq bilmir. Artıq 8 hərbçimizin şəhid olduğu bildirilir. Bu, kifayət qədər böyük rəqəmdir. Bəs cəbhədə vəziyyətin gərginləşməsi və son zamanlar atışmaların intensivləşməsi yeni müharibənin başlanmasına zəmin yarada bilərmi?
Modern.az-a danışan Xocalının deputatı Elman Məmmədov bildirib ki, müharibə qurtarmayıb, sadəcə olaraq adı “atəşkəs” olan müvəqqəti bir durum mövcuddur. “Ermənilər atəşkəsə heç vaxt əməl etməyiblər. Elə gün olur ki, atəşkəsi yüz dəfə pozurlar. Son dövrlərdə ermənilər cəbhə xətti boyunca çox fəallaşıblar.
Burda məqsəd nədən ibarətdir onlar özləri yaxşı bilir. Bizdə əsas var ki, ərazilərimizdən onları sürüyüb atmaq üçün hərbi əməliyyatlara başlayaq. Onlar sülh yolu ilə məsələnin həll olunmasının tərəfdarı deyillər.
Artıq Azərbaycan 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. 8 hərbiçimiz şəhid olubsa, onların 80 hərbiçisini şəhid etməliyik. Məncə, müharibə başlaya bilər. Ermənistana tutarlı cavabı verilməlidir. Amma Müdafiə Nazirliyindən həmin ərazinin komandirlərində soruşmaq lazımdır ki, necə oldu bu 8 hərbiçi şəhid oldu? 8 hərbiçinin ölümü böyük faciədir!”