Bir müddət öncə hətta ölüm xəbəri yayılan məşhur alim-cərrah Cavad Heyətin səhhətində yaxşılaşmaya doğru hələ ki ciddi irəliləyiş yoxdur.
Modern.az-ın verdiyi məlumata görə, qan azlığı və pnevmaniya diaqnozu ilə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən Cavad Heyətin səhhəti bu gün də ağır olaraq qalır.