Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 31-i saat 19 radələrində Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində faciə baş verib.
Rayon sakini Taleh Əliyev kənd ərazisindəki qayadan yıxılıb və xəstəxanaya aparılarkən yolda ölüb.