Gecə, təxminən saat 1 radələrindən başlayaraq, Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan Baş Qərvənd kəndindən Çıraqlı kəndini və Azərbaycan ordusunun üzbəüz mövqelərini, o cümlədən, işğal altında olan Şıxlar kəndindən Orta Qərvənd kəndini, həmçinin Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və iriçaplı silahlardan atəşə tutur.
525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hazırda cəbhənin Ağdam istiqamətində atışmalar davam edir.