“Ermənilərin açdığı atəş nəticəsində yaralanmış Gədəbəy rayon Göyəli kənd sakini Şəlalə Tağıyeva dünən ambulator müayinəyə buraxılıb”.
Bunu Modern.az-a açıqlamasında Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Akif Həsənov deyib. Onun sözlərinə görə, yeniyetmə qızın evə buraxılması valideynlərinin təkidi ilə olub: “Onun vəziyyəti kafidir. Yaralının ayağında sıqın olub-olmamağı sabah bəlli olacaq. Valideynlər yeniyetmənin ayağını rengenə salmaq üçün Şəmkirə gedəcəklər”.
Qeyd edək ki, hadisə avqustun 3-də Gədəbəyin Şınıx bölgəsində yerləşən Göyəli kəndində baş verib. 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində yaralanıb.