Son illər Bakıda 60-a yaxın yeraltı və yerüstü piyada keçidi tikilib, mövcud keçidlərin bir çoxu yenidən qurulub.
Bunu Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Hazırda Bakının 8-ci kilometr qəsəbəsində (bazarın qarşısında), Babək prospektində, "Gənclik" metrostansiyasının, 3-cü mikrorayon bazarının və Heydər Əliyev prospektində "Şəfa" stadionunun yaxınlığında keçidlərin tikintisi davam etdirilir.