Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi Asəf Zeynllı küçəsində Hidayətov Cahid Cabbar oğlu idarə etdiyi "Zil" markalı yük maşını ilə piyadanı vurub. Nəticədə piyada, 1982-ci il təvəllüdlü Ələkbərov Elşən Abuzər oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.