Rusiya prezidenti Vladimir Putin Qazaxıstan və Belarus liderləri ilə Avropaya qarşı tətbiq ediləcək cavab sanksiyalarını müzakirə edib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, V. Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ukrayna böhranına görə Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşılıq olaraq bu ölkənin Avropadan idxal edilən ərzaq məhsullarına qoyduğu qadağanı və gələcəkdə atılacaq cavab tədbirləri barədə danışıb.
Qeyd edək ki, bu üç ölkə may ayında azad ticarət zonasının yaradılması haqqında müqavilə imzalayıb.