Gədəbəy rayonunda qətl hadisəsi baş verib.
Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, Düzyurd kəndində 27 yaşlı Naibə Sabir qızı Quliyeva əri, 30 yaşlı Maksim Bayram oğlu Axundovu bıçaqla öldürüb. O bıçağı ərinin ürəyinə sancıb. Hadisə ailədaxili münaqişələr zəmnində baş verib. Qadın polis tərəfindən saxlanılıb.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.