Lənkəran rayonu, Şovu kəndində (rayon mərkəzindən 16 km aralı) "Hirkan" Milli Parkın ərazisində 10 ha sahədə kol-kos, ağaclar və qurumuş kötüklər yanıb.
525.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Milli Parkın ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.