Sabiq rabitə naziri Sirus Abasbəyli ictimai birlik təsis edib.
Modern.az-ın xəbərinə görə, S.Abbasbəylinin yaratdığı “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri" adlı ictimai birliyi bu günlərdə Ədliyyə Nazirliyində də dövlət qeydiyyatına alınıb.
Eks-nazirin yaratdığı QHT-nin məqsədi rabitə və informasiya texnologiyalarının inkişafına dəstək verməkdir.
Qeyd edək ki, fəlsəfə elmlər doktoru, professor S.Abasbəyli 1992-1997-ci illərdə Azərbaycanın rabitə naziri postunda çalışıb.