Avqustun 14-də Nizami Kino Mərkəzində görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Ş. Ələkbərov haqqında dostları və yaxınları xatirələrini bölüşəcək, aktyorun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən söz açılacaq.
Xatirə gecəsində Ş. Ələkbərovun yaradıcılığını əks etdirən fotosərgi də nümayiş olunacaq.