Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın Avrasiya İttifaqına daxil olması barədə müqaviləni bu gün imzalayıb.
Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar hökumətin rəsmi saytında yer alıb.
Avqustun 7-də Rusiya Nazirlər Kabineti tərəfindən təsdiqlənən müqavilə Ermənistanın Avrasiya İttifaqına üzvlük prosedurunu və şərtlərini ehtiva edir.
Xatırladaq ki, 2014-cü il mayın 29-da Astanada rəsmən elan olunan Avrasiya İttifaqı Rusiya, Qazaxıstan və Belarusu öz sıralarında birləşdirir.