AB ölkələrinin XİN rəhbərləri Brüsseldə keçirilən növbədənkənar görüşdə İraq kürdlərinə silah tədarükünə dair razılığa gəliblər.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu məlumatı Almaniya XİN rəhbəri Frank-Valter Ştanmayer təsdiqləyib. “Nazirlər arasında razılıq əldə edilib. AB Şurası ölkələrin İraq kürdlərinə hərbi yardım ayırmaq niyyətini alqışlayıb”, deyə o vurğulayıb.
Məlumata görə, hərbi yardımın həcmi və nomenklaturasına dair qərar AB ölkələri tərəfindən müstəqil şəkildə veriləcək