Ermənistan Dağlıq Qarabağın turizm potensialını Londonda keçiriləcək beynəlxalq turizm sərgisində öz pavilyonunda tanıtmağa hazırlaşır.
Bu barədə APA Ermənistan KİV-nə istinadən məlumat verib.
Məlumatda qeyd olunub ki, noyabrın 5-dən 8-dək Londonda keçiriləcək “World Travel Market” beynəlxalq turizm sərgisində Ermənistan 11 səyahət firması ilə təmsil olunacaq. Erməni pavilyonu həmçinin Dağlıq Qarabağı təqdim edəcək.