Azərbaycan Ordusunun zabiti və giziri yol qəzasına düşüb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Abşeron rayonunun Hökməli kəndi ərazisində baş verib.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbçiləri – zabit Elnur Telman oğlu Əliyev və gizir Salam Akif oğlu Abdullayev avtomobil qəzasına düşüblər. Hər iki hərbçi hərbi hospitala yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.