Ukraynadakı hərbi əməliyyatlardan dini məkanlar da ziyan görür.
Lent.az-ın məlumatına görə, Donetsk şəhərində gedən döyüşlər zamanı Ahat məscidinə top mərmisi düşüb.
Mərmi künbəzi deşərək, içəri düşüb və partlayıb. Ölən və yaralılar olmadığı bildirilir.
Qeyd edək ki, həmin məscid 1999-cu ildə tikilib.