Bakıda noyabrın 9-da Dövlət Bayrağı Günü münasibəti ilə konsert keçiriləcək.
525.az-ın məlumatına görə, bayramla bağlı möhtəşəm konsert proqramı Dövlət Bayrağı Meydanının yerləşdiyi ərazidə - dəniz sahilində təşkil ediləcək. Konsert saat 20.00- da başlayacaq.
Qeyd eədk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-cu ildən 9 noyabr - Dövlət Bayrağı Günü kimi qeyd olunur.