525.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, noyabrın 4-də 1993-cü il təvəllüdlü Aişə Malik qızı İsmayılovanın Samur-Abşeron kanalının Şabran rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunur. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.