“Vaqif müəllim hələ ki, Bakıdadır. Evdə istirahət edir. İstilərlə əlaqədar olaraq müalicəsi müvəqqəti olaraq dayandırılıb”.
Bunu Modern.az-a uzun müddətdir ki, səhhətindən əziyyət çəkən və bu səbəbdən müalicə olunan xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bildirib.
Qeyd edək ki, mədə xərçəngindən əziyyət çəkən şair mütəmadi olaraq həm İsrail, həm də Bakıda müalicə olunur. Lakin hazırkı istilər səbəbindən şairin müalicəsi müvəqqəti olaraq dayandırılıb.