Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.
525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihar məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.
İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.