Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutublar.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Şıxlar və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.