Saatlı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Sarıcalar kənd sakini 1962-ci il təvəllüdlü Nazir Əhmədov oğlu Loğmanı bıçaqla qətlə yetirib. Qətl ata-oğul arasında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı baş verib. Ata saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.