"SOCAR" yanacaqdoldurma məntəqəsində bədbəxt hadisə baş verib.
525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 5-də Siyəzən rayonunun Zarat kəndi ərazisindəki "SOCAR" yanacaqdoldurma məntəqəsində, orada işləyən Sabirabad rayon sakini Vüqar Nuriyev elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.