Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rumıniya milli müdafiə naziri Mirça Duşanın dəvəti ilə avqustun 27-də bu ölkəyə səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə ediləcəyi planlaşdırılır.
Səfər avqustun 28-dək davam edəcək.