Noyabrın 3-də Göyçayda xalq şairi Rəsul Rzanın ev muzeyi ziyarət edilib.
525.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin də qatıldığı mərasimdə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov və səfirliyin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Maral xanım, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov və birliyin kollektivi, Türkiyədən qonaq gəlmiş müəllim Rafiq Sarı, İqtisad Universitetinin müəllim və tələbə heyəti, Göyçay rayonunun təhsil və səhiyyə işçiləri iştirak ediblər.
Muzeyin bələdçiləri qonaqlara Rəsul Rzanın müxtəlif illərdə çəkilmiş fotoşəkillərini, kitablarını nümayiş etdiriblər. Sonda ziyarətə gələnlər muzeyin xatirə dəftərinə ürək sözlərini yazaraq xoş təəssüratlarını bildiriblər.