Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Minskdə baş tutmuş görüşün yekunlarına əsasən, Rusiya və Ukrayna tərəfləri qaz məsələsi üzrə danışıqların yenidən başlanmasının vacibliyini qeyd ediblər.
525.az-ın məlumatına görə, bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.
“Energetika, qaz problemi üzrə dialoq bərpa edilməlidir, bu məsləhətləşmələrə başlamağa dair razılığa gəldik”, deyə Putin qeyd edib.