|
|
|
|
Gələn həftə ölkə ərazisində arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimal küləyinin güclənəcəyi gözlənilir
Bakı. Kəmalə Quliyeva-APA. Sentyabrın 10-12-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 26-29 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.