Ötən gün axşam saatlarında Bakıda sərnişin avtobusu aşıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində, Tbilisi prospektində 170 saylı "Daewoo" markalı sərnişin avtobusu aşıb.
Qəza nəticəsində 8 sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qəzaya səbəb sürücünün avtobusun idarəetməsini itirməsi olub.