|
|
|
|
“Azərbaycanda bir tələbəyə və ya bir magistrə dövlət büdcəsindən ayrılan vəsait heç onun təqaüdünə belə çatmır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin (MM) Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev 2013-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri MM-in 6 komitəsinin birgə iclası zamanı təklif edib ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər artırılsın. O, ötən illərdə müəllimlərin maaşlarının artırıldığını xatırladaraq deyib ki, təhsil işçilərinin əmək haqları daha çox artırılsa, yaxşı olar.