Ukrayna Nazirlər Kabineti ölkənin NATO-ya qoşulmasına dair qanun layihəsini bəyənib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Arseni Yatsenyuk bildirib.
“NATO-nun sammiti ərəfəsində bizim məqsədimiz Ukrayna və NATO arasında xüsusi statusa nail olmaqdır. NATO bir nömrəli tərəfdaş olaraq Kiyevə xüsusi status verməlidir”, – deyə baş nazir əlavə edib.
A. Yatsenyuk deyib ki, Ukraynanın alyansa üzv olması məsələsinin NATO ölkələrində müzakirəsi asan keçməyəcək.
Xatırladaq ki, Ali Radada Ukraynanın NATO-ya qoşulması haqqında qanun layihəsi qeydiyyatdan keçib. Lakin layihənin nə vaxt müzakirəyə çıxarılacağı açıqlanmayıb.