|
|
|
|
Noyabrın 6-da ABŞ-ın Şimali Karolina ştatındakı Darem şəhərində xəstəxanada partlayış baş verib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bir nəfər ölüb, 3 nəfər yaralanıb.
Partlayış xəstəxananın altıncı mərtəbəsində olub. Yanğınsöndürmə sistemi işə düşdüyü üçün alovun yayılmasının qarşısı alınıb. Xilasedicilər xəstəxanadakı bütün xəstələri evakuasiya ediblər. Hazırda partlayışın səbəbi araşdırılır.
Qeyd edək ki, noyabrın 6-da ABŞ-da prezident seçkiləri keçirilib