Moskvadakı “Vnukovo” hava limanına bomba qoyulması haqda xəbər yayılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə İTAR-TASS-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
“Vnukovo” hava limanında artıq sərnişinlərin və hava limanında çalışanların təxliyyəsinə başlanılıb. Son xəbərlərə görə, hazırda "Vnukovo"dakı terminallardan təxminən 400 nəfər evakuasiya edilib.