Rusiya Liberal Demokrat Partiyasının lideri Ukraynanın şərqində terrorçuların elan etdiyi qondarma Yeni Rusiyanın prezidenti olmaq istədiyini bəyan edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, qondarma respublika ərazisində qəza və quberniyaları bərpa etmək istədiyini də deyib. Bundan başqa, Jirinovski jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyinin çağırış vərəqəsini də göstərərək sorğu-suala onu Kiyevə Pskov desantçıları endirərsə buna hazırdır.
İyul ayının axırında Ukrayna Daxili İşlər Nazirliyi Jirinovski və Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyüqanov barəsində beynəlxalq axtarış elan edildiyini bəyan edib.