APA - nın Kanada hökumətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, məqsəd İŞİD qruplaşmasına qarşı döyüşən İraq ordusuna təlim keçən amerikalı hərbçilərə yardım etməkdir.
Kanadanın baş naziri Stiven Harper kanadalı hərbçilərin terrorçulara qarşı vuruşmayacağını bildirib. Onun sözlərinə görə, onlar İraq ordusuna strateji və taktiki hərbi məsləhətlər verəcəklər.
İraqa qarşıdakı həftələrdə 50-100 nəfərlik hərbi kontingentin göndəriləcəyi bildirilir.