|
|
|
|
Böyük Britaniya torpağı olan Şotlandiyada müstəqillik referendumundan öncə keçirilən rəy sorğusunun nəticələri açıqlanıb.
“Media forum” saytının məlumatına görə, “Şotlandiya müstəqil ölkə olmalıdırmı” sualına hə cavabı verənlərin sayı ilk dəfə 51%-ə yüksəlib.
Müstəqillik referendumu sentyabrın 18-də keçiriləcək. Seçicilər müstəqilliyə "hə" cavabı verəcəyi təqdirdə Şotlandiya 2016-cı il martın 24-də Böyük Britaniyadan ayrılacaq.