|
|
|
|
Sentyabrın 9-da prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 153 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 153 nömrəli tam orta məktəbin binası 4 mərtəbə, 3 korpusdan ibarətdir.
80 sinif otağı, o cümlədən 6 fənn kabinetindən ibarət məktəb 1500 şagird yerlikdir. Hazırda burada 1 növbədə, rus və Azərbaycan dillərində 700 şagird təhsil alır. Məktəbdə 2 idman zalı, akt zalı, kitabxana, kompüter, əmək təlimi və tibb otaqları da yaradılıb.