https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
https://525.az/img/pics/medium/2024-04/310543_yeq9t8hpxw.jpg Tanqo terapiyası nədir?
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Əbədi sevgi, yoxsa istək? - Əlisəfdər Hüseynov yazır
search
19 Aprel 2024

Millimizin oyunçusu Bolqarıstan casusu çıxdı

Millimizin oyunçusu Bolqarıstan casusu çıxdı

Azərbaycan milli komandasına çağırılması birmənalı qarşılanmayan Almaniya "Karlsrue"sinin futbolçusu Dmitri Nazarovun Bolqarıstan lehinə casusluq faktı üzə çıxıb.

Bu barədə 24 yaşlı hücumçunun Bolqarıstan millisinə dəvət alan həmklubu İliyan Mitsanski "7 dni sport"a açıqlama verib.

29 yaşlı forvard bildirib ki, Nazarovdan bu gün iki ölkə arasında keçiriləcək Avro-2016-nın seçmə qrup matçı öncəsi bəzi informasiyalar alıb:

"Dmitri mənə Azərbaycan yığmasından ümumi və məşq prosesi barədə kifayət qədər bilgilər verib".

Mitsanski belə qənaətə gəlib ki, Bolqarıstan millisi üstün keyfiyyətlərimizi göstərsə, yığmamızı məğlub edə bilər:
 
"Bu, asan olmayacaq. Amma biz qalib gələrək, yüksəlmək fikrindəyik".

Qeyd edək ki, Dmitri Nazarov millimizin Özbəkistan və Rusiya ilə son yoldaşlıq görüşlərində oynasa da, heç nə ilə yadda qalmayıb. Bununla belə, Foqts onu Bolqarıstanla qarşılaşmada da sınamaq niyyətindədir

Sportnet.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.