525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.
Bu barədə Polşa Milli Təhlükəsizlik Şurasının iclasından sonra telekanala Tusk özü bildirib.
Polşa prezidenti Bronislav Komorovski sentyabrın 11-də Nazirlər Kabinetinin istefasını qəbul edəcək.
Qeyd edək ki, Tusk Brüsseldə bir neçə gün əvvəl keçirilmiş Aİ sammitində Avropa İttifaqı Şurasının sədri seçilib. O, dekabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq.