|
|
|
|
“Müsavatın qurultay məsələsini ciddi problemə çevirmək istəyənlər var. Artıq qurultay oyunu oynanılmamalıdır”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına namizəd Səxavət Əlisoy deyib.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavata qurultay keçirmək üçün Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.
S. Əlisoy deyib ki, qurultay BŞİH-in təklif etdiyi yerdə keçirilməlidir:
“Bir vaxt bəzi silahdaşlarımız təkəbbür nümayiş etdirib deyirdilər ki, qurultayı daha əzəmətli yerdə keçirməliyik. Ancaq alınmadı. Daha sonra həmin iddiada olanlar dedilər ki, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində, hətta qərargahda da keçirməyə razıdırlar”.