|
|
|
|
"Azərbaycan qarşısına konkret hədəflər qoyub və konkret proqramlar üzrə inkişaf edən bir dövlətdir".
Belə bir açıqlama ilə politoloq Elman Nəsirli Qərb mətbuatında guya Azərbaycanın ölkənin nüfuzunun qaldırılması istiqamətində ABŞ-a əlavə vəsaitlər xərcləməsi iddiasına münasibət bildirərkən çıxış edib. Politoloqun sözlərinə görə, Azərbaycanın hədəfi yaxın on il ərzində dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olmaqdır: "Azərbaycanın həm iqtisadi potensialı, ölkədəki siyasi sabitlik, inkişaf tendensiyası, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilməsi, güclü ordusu, demoqrafik üstünlüklər - bunlar hamısı şübhəsiz ki, dünyada qiytəmtləndirilir və dünyanın beyin mərkəzləri bunların fərqindədir. Bu baxımdan təbii ki, regionda çox güclü iqtisadi potensialı olan, olduqca mühüm geopolitik məkanda yerləşən bir dövlətlə əlaqələri inkişaf etdirmək böyük dövlətlərin marağında olan məsələdir. Bu nöqteyi-nəzərdən, ABŞ kimi bir fövqəldövlətin Azərbaycanla sıx əməkdaşlıqda olması elə özü üçün də əhəmiyyətlidir. Çünki bunu ABŞ-ın dünyada olduqca sürətlə dəyişən geopolitik maraqları tələb edir". O əlavə edib ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda Azərbaycan kimi güclü, lider dövlətlə münasibətlərin inkişafında olduqca maraqlı tərəfdir və bu da bir həqiqətdir. E. Nəsirli bildirib ki, ABŞ mətbuatında dərc edilən belə iddialar sadəcə müəyyən dirələrin sifarişi nəticəsində işıq üzü görür: "Ona görə də etiraf edirəm ki, Azərbaycan tərəfinin ABŞ-la münasibətlərinin yaxşılaşdırılması üçün iddia edilən vəsaitləri xərcləməsinə və yaxud oradakı əlavə maliyyə xərclərinə ehtiyacı yoxdur. Bu gün dünyanı maraqlar idarə edir və Azərbaycanın xarici siyasəti ilə ABŞ-ın siyasəti üst-üstə düşür. Çünki hər iki tərəf münasibətlərin inkişafında maraqlıdır.
Bəzi media orqanlarının Azərbaycanın əlavə pul xərcləməsinə dair iddiaları kökündən yanlışdır. Azərbaycanın nüfuzunun qaldırılması üçün belə addımlara getməsinə ehtiyacı yoxdur. Digər tərəfdən, bu gün ABŞ Azərbaycanın neft və qeyri-neft sektoruna kifayət qədər invenstisiyalar qoyub, başqa əhəmiyyətli məsələlər də mövcuddur. Ona görə də "The NeW York Times" qəzetinin yazdıqları iddialara Azərbaycan dövlətinin qətiyyən ehtiyacı yoxdur".
Regionla münaqişələrə də toxunan politoloq qeyd edib ki, Avropa Parlamentinin xarici işlər və konstitusiya məsələləri komitələrinin üzvü, Polşadan seçilmiş parlamentari Yasek Saryus-Volskinin söylədiri "Ukraynada baş verənlər Moldova, Gürcüstan və Azərbaycandakı dondurulmuş münaqişələrin təkrarıdır" fikri Qərb, Avropa İttifaqı və ABŞ ilə Rusiyanın indiki qarşıdurması və ziddiyyətləri fonunda səslənən bir fikirdir.
E.Nəsirov qeyd edib ki, Qərb Moldova, Gürcüstan ərazilərindəki münaqişələrdə Rusiyanı ittiham edir və bildirir ki, dünya bu qondarma respublikaların müstəqilliyini heç vaxt tanımayacaq, bu ərazilərin müstəqilliyinin elan olunması Rusiyanın geopolitik oyunlarının, ambisiyalarının nəticəsidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin həll edilməsində isə Qərb və Rusiya daha çox ortaq mövqedən çıxış edirlər: "Yəni, heç biri qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımayıb. Ancaq Dnestryanı, Abxaziya və Cənubi Osetiya ilə bağlı fərqli vəziyyətdir. Xüsusilə Rusiya Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələlərdə fərqli mövqedən çıxış edir və bu qondarma respublikaların müstəqiliyini tanıyır. Hesab edirəm ki, indiki halda bu fikrin səslənməsi Rusiya faktoru ilə bağlıdır və bu səbəbdən paralellər aparırlar". Onun sözlərinə görə, NATO-nun Uels sammiti göstərdi ki, Rusiyaya qarşı təkcə iqtisadi sanksiyalar deyil, hərbi, siyasi sanksiyalar işə salınmaqdadır.
PƏRVANƏ