Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarında tətil günləri müəyyənləşib.
İdarədən cümə axşamı Trend-ə verilən məlumata görə, tətil günləri bu dəfə 5 və 6 günlük sistemlə işləyən orta ümumtəhsil müəssisələri üçün 12-17 noyabr tarixlərini əhatə edir. Noyabrın 12-i ilk tətil günü, noyabrın 17-i isə sonuncu tətil günü hesab edilir. Noyabrın 18-i həftənin bazar gününə təsadüf etdiyindən 19 noyabr tarixi tətildən sonrakı ilk dərs günü olacaq.