Bakının Nərimanov rayonunun qaz təchizatında məhdudiyyət olacaq.
Bu barədə APA-ya "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, Olimpiya stadionuna yol çəkilişi ilə əlaqədar tikinti sahəsinə düşən qaz kəmərlərinin köçürülməsi məqsədi ilə sentyabrın 14-də saat 10.00-dan təmir işləri başa çatanadək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.