|
|
|
|
Böyük Britaniya kraliçası II Yelizaveta Şotlandiya probleminə ilk dəfə münasibət açıqlayıb.
“Media forum” saytının məlumatına görə, sentyabrın 14-də Şotlandiyadakı Balmoral iqamətgahı yaxınlığında kilsədə ibadət edən kraliça jurnalistlərin referendum barədə sualına cəmi bir cümlə ilə cavab verib: “Ümid edirəm ki, insanlar gələcək barədə yaxşı-yaxşı düşünəcəklər”.
Şotlandiya 1707-ci ildən İngiltərə ilə ittifaqdadır. 1997-ci ildə məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir.
Ərazisi 78 min 772 kvadrat kilometr olan Şotlandiyada 2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən, 5 milyon 328 min nəfər əhali məskunlaşıb. Əhalinin 83%-ni şotlandlar, 9%-ni ingilislər təşkil edir.
Sentyabrın 18-i Şotlandiyada müstəqillik referendumu keçiriləcək. Seçicilərin yarıdan çoxu müstəqilliyə səs versə, Şotlandiya 2016-cı il martın 24-də Britaniyadan ayrılacaq.