“Bir çox ərəb ölkələri "İŞİD" silahlılarına qarşı hava hücumlarına qoşulmağa hazırdırlar”.
APA-nın “Russia Today”ə istinadən verdiyi xəbərə görə, bunu Yaxın Şərqə səfərinin yekunları ilə əlaqədar ABŞ dövlət katibi Con Kerri deyib.
O bildirib ki, hətta bu ölkələrdən bəziləri İraqa quru qoşunları göndərməyi də təklif edib. Ancaq Kerri bu ölkələrin adını çəkməyib. O, ABŞ-ın İraqa quru qoşunları göndərməyi düşünmədiyini söyləyib.