https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
23 Aprel 2024

Reynaldo və Flavinyodan yubiley qolları

Reynaldo və Flavinyodan yubiley qolları

Azərbaycan Premyer Liqasının 5-ci turu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo və “Qarabağ”ın hücumçusu Reynaldonun yubiley qolları ilə əlamətdar olub.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Xəzər Lənkəran”la qarşılaşmada komandasının qələbə qolunu vuran Flavinyo Azərbaycan çempionatlarında 30-cu dəfə fərqlənib.

AZAL-la matçda 3:0 hesablı qələbəyə 1 qolla töhvə verən Reynaldo isə bu göstəricidə 25-ə çatıb.

Braziliyalılar yubiley qolları ilə Premyer Liqada ən çox qol vuran legionerlərin siyahısında irəliləyiblər.

Flavinyo uruqvaylı Valter Quqlemonla birlikdə 14-cü, Reynaldo isə Robertas Poşkus və Zohair Benouahi ilə 20-ci yerə şərikdir.

“Neftçi”nin yarımmüdafiəçisi braziliyalılar arasında 3-cüdür. O, yalnız Leandro Qomeş (41) və Junivan Suaresdən (40) geri qalır. “Qarabağ”lı isə bu 3 həmyerlisindən başqa, Junior Nildo (29) və Fabio Luis Ramimdən (27) sonra 6-cıdır. Hər iki braziliyalı bütün qollarını  öz klubunun heyətində vurub. Onlar bu komandaların tarixində çempionatda ən çox fərqlənən 10-luğa daxildir. Reynaldo bu siyahıda 8-ci, Flavinyo 9-cudur.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.