Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycana səfərə hazırlaşır.
525.az-ın xəbərinə görə, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, V.Jirinovski paytaxtda və ölkənin regionlarında bir sıra görüşlər keçirməyi, respublikadakı inkişaf prosesləri ilə yaxından tanış olmağı planlaşdırır.
Səfərin sentyabrın sonunda baş tutacağı gözlənilir.