Azərbaycan prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nietoya təbrik məktubu göndərib.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Meksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Meksika prezidentini və xalqını təbrik edib.