Ukraynanın prezidenti Pyotr Poroşenko İrina Veriqinanı vəzifəsindən azad edib.
Lent.az-ın məlumatına görə, bu barədə prezidentin saytında məlumat yayılıb. Məlumatda İ. Veriqinanın Luqans vilayətinin Dövlət İdarəçiliyinin sədri olduğu deyilir. O, bu vəzifəyə bu ilin may ayında təyin edilmişdi.